Kollecdə 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü qeyd edlib

Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən ölkəmizdə martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. müəyyən edilib. Artıq 20 ildir ki, ölkəmizdə kecirilən Bədən Tərbiyəsi və İdman Gününün qeyd olunması təsadüfi deyil.

Belə ki,1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub...

Martın 5-i Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar UNEC nəzdində Sosial İqtisadi Kollecdə müxtəlif idman növlərində yarışlar kecirilib.Kollecdə tələbələr arasında stolüstü tennis (qızlar) üzrə kecirilən yarışda 467 qrup tələbəsi Aynur Aslanova I yeri, 467 qrup tələbəsi Səidə Qardaşova II yeri, 673 qrup tələbəsi Cicək Cəfərova III yeri tutmuşdurlar.

Oğlan arasında kecirilən yarışda Nicat Hüseynov I yeri ,Hüseyn Hüseynov II yeri və Məhəmməd Kərimov III yeri tutmuşdurlar.


5-03-2025, 05:02
up