UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 8 Mart - Beynəlxalq Qadınlar Bayramı münasibətilə “Əziz qadınlar, üzünüz həmişə gülsün” adlı bayram tədbiri keçirildi.
Tədbirdə Kollecin metodkabinə müdiri Sabir Süleymanov, sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev çıxış edərək Azərbaycan xanımlarını ürəkdən təbrik edərək onlara can sağlığı, xoşbəxtlik, hər zaman işlərində uğurlar və müvəffəqiyyətlər arzuladılar.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov da çıxışında qeyd etdi ki, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda savaşda canlarından keçən qəhrəmanlar bir nəsis yetişdirmiş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar. Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri var.
Sonda tələbələrin 8 Mart - Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə hazırladıqları bədii hissə nümayiş edildi.
Əziz qadınlar, məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əksik olmasın!
BAYRAMINIZ MÜBARƏK!




