“Konstitusiya hüququ” müzakirə olundu

UNEC nəzdində Sosial İqtisadi Kollecdə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Konstitusiya hüququ” mövzusunda tədbir təşkil olunub.

Kollecin “Arxiv işi və kargüzarlıq” FBK-nın müəllimi Bənövşə Baxışovanın təşkilatçılığı ilə “Sosial iş” ixtisasının 714-cü qrupunda keçirilən tədbirdə qeyd edilib ki,  1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyulub.

İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini söyləyən B.Baxışova tələbələrin nəzərinə çatdırıb ki, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olduğu üçün özünü xoşbəxt hiss edir.

Sonda mövzu ilə bağlı tələbələrlə müzakirələr aparılıb.


10-03-2025, 04:09
up