UNEC nəzdində Sosial İqtisadi Kollecin tələbələrin iştirakı ilə Milli Hidrometeorologiya Xidmətinə ekskursiya təşkil olunub.
Ətraf mühit sahəsinə marağını artırmaq məqsədilə keçirilən tədbir çərçivəsində tələbələr Hidrometeorologiya muzeyi ilə tanış olublar. Muzeydə Xidmətin mütəxəssisləri tərəfindən tələbələrə nümayiş olunan milli hidrometeorologiya tarixini əks etdirən foto şəkillər, eksponatlar, ölçü cihazları barələrində məlumat verilib.
Bundan sonra mütəxəssislər tərəfindən tələbələrə Erkən Xəbərdarlıq Sisteminin konsepsiyası izah olunaraq Situasiya Mərkəzində hidrometeoroloji müşahidələrin təşkili, hava proqnozunun hazırlanması prosesi izah olunub.
İnteraktiv formatda keçirilən tədbirin sonunda gənclərin ətraf mühitin qorunmasında rolu barədə diskussiya aparılıb.



