UNEC nəzdində Sosial İqtisadi Kollecdə mina və digər hərbi sursatlarla bağlı bədbəxt hadisələrin qarşısının alınması məqsədilə bilik və vərdişləri formalaşdıran bir layihə təqdim olundu.
Kollecin gənclərin çağrışaqədərki hərbi hazırlıq üzrə rəhbəri Xəlil Hüseynovun təşkilatçılığı ilə təşkil olunan tədbirdə mina və PHS-lərin qurbanına çevrilmə təhlükəsindən qorunmaq üçün görülən tədbirlərə aid təqdimatlar nümayiş etdirildi.
Tələbələr müxtəlif təhlükəli vəziyyətlərdə davranış qaydaları barədə ətraflı məlumatlar aldılar.
Minatəmizləmə əməliyyatlarının ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirildiyini qeyd edən X.Hüseynov bu mövzuda tədbirlərin gələcəkdə də keçirilməsinin nəzərdə tutulduğunu bildirib.





