Tələbələrimiz Bakı turunun qalibi oldular

Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-cü ildönümünə həsr olunmuş  “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin Bakı şəhəri üzrə peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında mahnı müsabiqəsinə yekun vurulub.

Müsabiqədə UNEC nəzdində Sosial İqtisad Kollecinin "Bank işi" şöbəsinin "Vergi işi" ixtisasının tələbələri Aytac Hüseynova və Məryam Bağıyeva  bəstəkar mahnıları nominasiyası (duet) üzrə I  yerə layiq görülüb.

Bu münasibətlə tələbələrimizi təbrik edir və Respublika turunda uğurlar arzulayırıq.


2-04-2025, 05:10
up