Bu gün Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin Bakı şəhəri üzrə peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəqs və şeir müsabiqəsinə yekun vurulub.
Müsabiqədə UNEC nəzdində Sosial İqtisad Kollecinin "Bank işi" şöbəsinin tələbəsi Ümüd Orucov və “Mühasibat uçotu” şöbəsinin tələbəsi Arzu Cavadova rəqs nominasiyası (duet) üzrə I yerə, “Bank işi” şöbəsinin tələbəsi Nəzrin Əmirli isə şeir nominasiyası üzrə I yerə layiq görülüblər.
Bu münasibətlə tələbələrimizi təbrik edir və Respublika turunda uğurlar arzulayırıq.






