Kollecdə 7 aprel- Ümumdünya Sağlamlıq Günü qeyd edildi

“1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub.1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir.”

Bu sözləri bu gün UNEC nəzdində Sosial İqtisadi Kollecdə keçirilən “Sağlam başlanğıclar, ümidli gələcək” adlı tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 18 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Aygün Cəfərli səsləndirilib.

Həkim-pediatr Aygün Cəfərli daha sonra qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən məsələləri diqqətdə saxlamaqdır:

- Bu gün dünyanın müxtəlif ölkələrində “Fəallıq uzun ömür yaşamağa aparan yoldur”, “Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək”, “Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq”, “1000 şəhər - 1000 həyat” və s. şüarlar altında keçirilən tədbirlərdə əsas vacib məsələ insanların sağlamlığının qorunmasıdır.ÜST-in hesablamalarına əsasən qarşısı alınmayan ekoloji səbəblərin yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon nəfər həyatını itirir.Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Uzun və sağlam ömür yaşamağa nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır.

Görüşdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 18 nömrəli uşaq poliklinikasının tibb bacısı Pərvanə Allahverdiyeva bu günədək sağlamlığın qorunması üçün Kollecdə keçirilən tədbirlərdən danışaraq qeyd etdi ki, sağlamlıq qaydalarına düzgün əməl olunması istiqamətində tələbələrə daima düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması,siqaret çəkməyin, alkoqollu içkilər və narkotik vasitələrin zərəri barədə məlumatlar verilmişdir.



7-04-2025, 04:36
up