UNEC nəzdində Sosial İqtisadi Kollecdə “Konstitusiya və Suverenlik” ili ilə bağlı “Gənclərin təhsil hüququ” mövzusunda dəyirmi masa keçirilib

Bu gün UNEC nəzdində Sosial İqtisadi Kollecdə “Konstitusiya və Suverenlik” ili ilə bağlı  “Gənclərin təhsil hüququ” mövzusunda Dəyirmi Masa keçirilib. Metodiki Kabinetin təşkilatçılığı ilə təşkil edilmiş Dəyirmi Masada çıxış edən metodist Sveta Behbudova bildirdi ki, Azərbaycan Respublikası Prezidentin fərmanı ilə 2024-ci il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən sentyabrın 20-i Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” elan edilmişdir. Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik” ili elan edilib. Hər bir ölkənin gələcəyi onun savadlı gənclərinin çiyinlərindədir. Cəmiyyətin inkişafı gənclərin fəallığına bağlıdır. Bu səbəbdən də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq gənclərimizə diqqət və qayğının mühüm tərkib hissələrindən biri olan Azərbaycan gənclərinin forumlarının keçirilməsi barədə verdiyi qərar oldu. Bundan başqa Azərbaycan Respublikasının Prezidentinin “ Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc isteadalarına “təqdim etmək etmək üçün xüsusi təqaüd” təsis edildi. 1994-cü ildə Ümummilli Liderimizin Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması gənclər siyasətinin başlıca istiqamətlərindən biri idi. 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsindən bir il sonra - 1997-ci ildən etibarən 2 fevral "Azərbaycan Gəncləri Günü" elan edildi. 

Metodist Səbinə Rəhimova çıxış edərək bildirdi ki, artıq 5 ildir ki, Azərbaycan suverenliyini bərpa edib. 44 günlük müharibədə qalib gələn Azərbaycan ordusu Ali Baş Komandanın öndərliyi ilə ərazi bütövlüyümüzü yenidən özümüzə qaytramış oldu. Bu gün biz fəxarət hissi ilə  deyə bilirik ki, biz qalib Azərbaycan dövlətinin vətəndaşıyıq. Dövlətimiz hər bir sahədə gənclərə xüsusi önəm verir. Çünki başa düşür ki, bu gün Azərbaycanın xoşbəxt gələcəyi gənclərimizin çiyinlərindədir. Məhz Azərbaycan gəncliyinin sayəsində müstəqil və suveren dövlətə sahib olmaq, milli mənəvi dəyərlərə, ədalət prinsipinə əsasalanan bir cəmiyyət qurmaq mümkündür. Daim təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, dünya standartlarına cavab verən  kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin tərkib hissəsi kimi gənclərin təhsil hüququdur.

Sonda mövzu ətrafında Dəyirmi Masa iştirakçılarının sualları cavablandırıldı.

17-04-2025, 14:52
up