Kollecdə “Üzeyir işığında” adlı tədbir keçirildi
2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı UNEC nəzdində Sosial İqtisadi Kollecdə “Üzeyir işığında” adlı tədbir keçirilmişdir.
Tədbirdə UNEC nəzdində Sosial İqtisadi Kollecin Sosial və Humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamın icrası ilə bağlı kollecdə görüləcək işlər barədə məlumat verib.
O,dahi bəstəkarın yaşadığı dövrün ictimai-siyasi mühitindən söz açaraq, onun təkcə musiqimizin deyil,digər sahələrdə də milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Tədbirdə bəstəkarın həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub. Bundan başqa tələbələrin iştirakı ilə dahi şəxsiyyətin operalarından səhnələr səsləndirilib,onun publisistik əsərləri haqqında məlumat verilib.







