Kollecin tələbələri Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  18 mart 2025-ci il tarixli 3-29/3-2-128F/2025 nömrəli əmrinin  icrası ilə əlaqədar olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası davam edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin “Dil ədəbiyyat” FBK-nın müəllimi Aynur Ağamalıyevanın təşkilatçılığı ilə “İdarəetmə”şöbəsinin “Sosial iş” ixtisasının 714-cü qrupunun tələbələrinin Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunmuşdur.
“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş səfər zamanı rəsədxananın Astronomiya muzeyində olan eksponatlara baxış keçirib,aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilib. Ekskursiya zamanı bələdçilər tərəfindən tələbələrə rəsədxanada yerləşən teleskopun işlənmə mexanizması əyani olaraq göstərilmişdir.

Sonda qrup tələbələri ilə xatirə fotoları çəkilmişdir.

5-05-2025, 13:04
up