Kollecdə “İnsan alverinin qurbanına çevrilmə”adlı tədbir keçirildi

Bu gün UNEC nəzdində Sosial-İqtisadi Kollecdə “İnsan alverinin qurbanına çevrilmə” adlı maarifləndirici tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili,polis polkovnik-leytenantı Xəyyam Nəcəfov tədbirdə çıxış edərək cinayətkarlar tərəfindən vətəndaşları insan alverinə necə cəlb etmələri, insanların özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verdi.
İnsan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumat verən X.Nəcəfov daha sonra qeyd etdi ki, bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyət yüksək səviyyədə təşkil olunub və Daxili İşlər Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqla ciddi şəkildə mübarizə aparır. Eyni zamanda insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə baş idarənin əməkdaşlığı yüksək səviyyədə qurulub.
Tədbirdə insan alverinə qarşı mübarizəyə həsr olunmuş “Kölə” sənədli filmi nümayiş olundu.
Sonda mövzu ətrafında tədbir iştirakçıları ilə müzakirələr aparıldı.

13-05-2025, 14:26
up