Gender-bərabər hüquqlar və imkanlar

16.05.2025-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin psixoloqu Xalidə Kərimova “Arxiv işi və kargüzarlıq” ixtisası üzrə 326 saylı tələbələr ilə “Gender-bərabər hüquqlar və imkanlar” mövzusunda təlim keçdi. Təlimdə tələbələrə gender-kişi və qadınların ictimai münasibətləri, ondan yaranan rol və vəzifələr, genderin insanların cəmiyyətdəki mövqeyini açıqlayan əsas və mühüm amillərdən olduğu, gender xüsusiyyətlərinin iqtisadi, mədəni, sosial və ekoloji baxımdan asılı olaraq daim dəyişməkdə olduğu izah olundu. Bundan əlavə gender bərabərsizliyi haqda məlumat verərək bu bərabərsizliyin bütöv cəmiyyətin, həmçinin ayrı-ayrı fərdlərin inkişafına zərbə vurduğu da qeyd edildi. Ailədaxili zorakılığın, yoxsulluğun, təhsilsizliyin öhdəsindən gəlmək üçün cəmiyyətin kişi və qadın bərabərliyinə nail olmalı olduğu haqda da tələbələrlə müzakirə aparıldı. Qrup tələbələri mövzu ətrafında diskusiya apararaq öz fikirlərini bildirdilər.

16-05-2025, 16:57
up