Qrup rəhbəri valideynlərlə görüşdü
Fevralın 10-da pandemiya şəraitini nəzərə alaraq "Mühasibat Ucotu" şöbəsinin 583-cü qrupununun onlayn qaydada valideyn iclası keçirilmişdir. İclasda qrup rəhbəri İradə Qasımova, şöbə müdiri, müəllimlər və valideynlər iştirak etmişdir.
İclasda əsasən 2021-2022-ci tədris ilinin 1-ci yarım illiyində qrup rəhbərinin gördüyü işlər və tələbələrin yekun qiymətləndirilməsi ( BSQ) müzakirə olunmuşdur.
İclasın sonunda qrup rəhbəri və şöbə müdiri,müəllimlər valideyinləri maraqlandıran digər suallara cavab vermişdilər.