466-cı qrupun tələbələri Milli İncəsənət Muzeyində ekskursiyada olublar
Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq UNEC nəzdində Sosial İqtisadi Kollecin "Bank işi"şöbəsinin 466-cı qrup tələbələri Azərbaycan Milli İncəsənət Muzeyində olublar. Qrup rəhbəri Mehriban Aslanovanın rəhbərliyi ilə təşkil olunan ekskursiyada tələbələr muzeydəki dünya və Azərbaycan incəsənətinə aid eksponatlarla ətraflı tanış olublar. Bununla yanaşı, eksponatlarla bağlı müxtəlif müzakirələr aparılıb.