Sağlam həyata addım

20.05.2025-ci il tarixində UNEC-in nəzdində Sosisal İqtisadi Kollecdə “Sosial iş” qrupu ilə “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyasının icrası məqsədilə təşkil olunmuş  “Sağlam həyata addım” adlı seminar keçirilmişdir. Seminarda psixoloq Xalidə Kərimova tələbələrə tütün məhsulları, asılılığın yaranması, istifadəsindən sonra sağlamlıq problemlərinə səbəb olması haqda geniş məlumat verdi. Tələbələrlə birlikdə tütünə “yox” demək sağlamlığı və rifahı qorumağa, siqaret də daxil olmaqla tütün istifadəsinin xərçəng, ürək və ağciyər xəstəlikləri də daxil olmaqla çoxsaylı ciddi sağlamlıq problemləri ilə əlaqələndirildiyini və ömrünü əhəmiyyətli dərəcədə qısaldığını müzakirə etdi. Bəzi insanlar öz-özünə müalicə və müvəqqəti stresdən azad olmaq üçün tütündən istifadə edə bilsələr də, araşdırmalar siqaretin əslində narahatlıq və gərginliyi artırdığını və zehni xəstəliklərin əlamətlərini daha da pisləşdirə biləcəyini vurğuladı. Tələbələr mövzu üzrə fikirlərini birdirdilər. Seminarın sonunda tələbələrə özünün gələcəkdə ola biləcək “ən yaxşı versiyam” adlı motivəedici texnika tətbiq olundu.

20-05-2025, 18:04
up