Sabunçu Gənclər Evinin fəaliyyəti tələbələrə təqdim olundu

Bu gün Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov UNEC nəzdində Sosial-İqtisadi Kollecdə qonaq olub. Görüşün məqsədi Sabunçu Gənclər Evinin fəaliyyəti ilə bağlı kollecin tələbələrinə ətraflı məlumat vermək idi.
Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir.Gənclər evinin məqsədi, hər bir gəncin sosial və fərdi inkişafını artırmaqdır. Gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün Sabunçu Gənclər Evində 12 klub fəaliyyət göstərir. Bununla yanaşı gənclərin bilik və bacarıqlara yiyələnməsi üçün Gənclər evində mütəmadi olaraq seminarlar, layihəlar və təlimlər təşkil olunur.

21-05-2025, 16:45
up