Kollecdə “Mənim hüququm var” adlı xüsusi dərslər təşkil olunub

Məlum olduğu kimi  ölkəmizdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsmanın) tərəfindən 18 may-18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı tədbirlər davam edir.
Bunula bağlı UNEC nəzdində Sosial-İqtisadi Kollecdə “Mənim hüququm var” adlı xüsusi dərslər təşkil olunmuşdur.
Dərslərdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Bu siyasəti uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib və hər il qeyd olunur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il 18 may - 18 iyun tarixləri ölkə ərazisində “İnsan Hüquqları Aylığı” elan edilərək ölkəmizdə insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzularda maarifləndirmə tədbirləri keçirilir.
Keçirilən dərslərdə tələbələrə qanunun aliliyi, hüquq mədəniyyəti, hüquqi məsuliyyət və inklüziv cəmiyyət prinsipləri təbliğ olunub, bu mövzuda onları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.

3-06-2025, 12:08
up