Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) tərəfindən 18 may-18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı UNEC nəzdində Sosial-İqtisadi Kollecdə tədbirlər davam edir. “Mənim hüququm var” adlı təşkil olunan xüsusi dərslərdə tələbələrə onların hüquqları,milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilmişdir. Daha sonar bildirilmişdir ki, ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir.