UNEC nəzdində Sosial-İqtisadi Kollecdə yaz imtahan sessiyası başladı

04.06.2025-ci il tarixdə UNEC nəzdində Sosial-İqtisadi Kollecdə 2024/2025-ci tədris ilinin  yaz semestrinin imtahan sessiyası başlamışdır. 
İmtahan sessiyası təşkili və keçirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin 07.05.2025-cü il tarixli 3-29/3-2-248F/2025 nömrəli  əmri və UNEC rektorunun 21.05.2025-ci il tarixli, 168/1/2025 nömrəli əmrinə müvafiq olaraq təşkil edilib. İmtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsi test üsulu ilə təşkil olunur.
İmtahan sessiyası zamanı əyani şöbə üzrə 214, qiyabi şöbə üzrə isə 58 imtahanın keçirilməsi nəzərdə tutulur. 4 şöbə üzrə 1387 tələbənin imtahan sessiyasında iştirakını təmin etmək üçün hər bir şərait yaradılıb.
İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı Kollecdə İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apellyasiya Komissiyası fəaliyyət göstərir.
İmtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş  “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na  ciddi riayət olunur.
UNEC nəzdində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov imtahan sessiyasının gedişatı ilə tanış olub və tələbələrə uğurlar arzulayıb.
İmtahan zamanı tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlər görülüb.
İmtahan müddəti ərzində Kollecin kitabxanası 09:00-dan 18:00-dək qrafik əsasında işləyəcək. Bundan başqa bütün tələbələrə imtahana hazırlaşmaq üçün UNEC-in e-kitabxananın resurslarınıdan istifadə üçün imkanlar yaradılıb. Qeyd edək ki, imtahan sessiyası 5 iyul tarixində yekunlaşacaq.

4-06-2025, 14:51
up