Kollecdə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində təlim keçirildi
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İş Planına uyğun olaraq, 20.05.2025-ci il tarixində UNEC nəzdində Sosial-İqtisadi Kollecdə kollektivinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda maarifləndirici tədbir keçirildi.
“Korrupsiya vəzifəli şəxslər tərəfindən dövlət əmlakının oğurlanması, talanması və mənimsənilməsi, xidməti statusdan sui istifadə edərək şəxsi mənfəət (güzəşt, imtiyaz) əldə edilməsi, ictimai məsuliyyət və şəxsi tamah arasında maraqların konfliktidir. Korrupsiyanı hüquqi cəhətdən tək bir qanunazidd əməl kimi qiymətləndirmək olmaz. Daha çox sosial və kriminoloji aspektdən bir sintez kimi qəbul etmək lazımdır.”
Bu sözləri UNEC nəzdində Sosial-İqtisadi Kollecdə keçirilən maarifləndirici təlimdə kollecin insan resusları və informasiya şöbəsinin müdiri Fimar Süleymanova bildirib.
Tədbirdə kollecin təsərrüfat müdiri Elvin Gülməmmədov korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, növləri və buna görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, mübarizə metodları və vasitələri, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətə baxılması və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Təlim Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” nın 6.2 bəndinin icrası çərçivəsində keçirilib.
Təlimə kollecin 20-yə yaxın əməkdaşı cəlb olunmuşdur.

