Kollecdə “Korrupsiyaya yox deyək!” mövzusunda seminar keçirildi
UNEC nəzdində Sosial-İqtisadi Kollecdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində dünyagörüşün, normativ hüquqi aktları tətbiqetmə bacarığının artırılması və onların innovativ iş metodlarına yiyələnməsi məqsədilə mütəmadi olaraq qruplarda müxtəlif mövzular üzrə maarifləndirmə məqsədi ilə tədbirlər,seminarlar,dəyirmi masalar təşkil edilir. "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22.01.2025-ci il tarixli, 3-29/3-2-43F/2025 nömrəli əmri ilə nazirliyin iş planının 6.2-ci bəndinə əsasən "Korrupsiyaya yox deyək!" mövzusunda seminar keçirilib. 03.06.2025-ci il tarixində qruplarda təşkil olunan seminarlarda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər barədə tələbələrə ətraflı məlumat verilib. Seminar prosesində mövzu üzrə fikir mübadiləsi aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.