Komandamız ll yeri qazandı
14 aprel 2025-ci il tarixdə ATİAHİ Sabunçu rayon komitəsinin təşkilatçılığı ilə UNEC nəzdində Sosial-İqtisadi Kollecinin idman zalında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümünə həsr olunmuş Sabunçu rayon ümumtəhsil məktəblərinin ittifaq üzvləri arasında stolüstü tennis yarışları keçirildi.
Yarışdan öncə Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləndən sonra yarışlara start verildi.
Yarışlarda 16 təşkilatın nümayəndəsi iştirak etdi. Yarışın sonunda qadınlar arasında 1-ci yeri 72 nömrəli tam orta məktəbin, 2-ci yeri 107 nömrəli tam orta məktəbin, 3-cü yeri isə 311 nömrəli tam orta məktəbin komandası qazandı.
Kişilər arasında isə 1-ci yeri 271 nömrəli tam orta məktəbin,2-ci yeri UNEC nəzdində Sosial İqtisadi Kollecinin,3-cü yeri isə 311 nömrəli tam orta məktəbin müəllimlərindən ibarət komandaları tutdular.
Bizdə ATİAHİ Sabunçu rayon komitəsi adından qalibləri təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.
UNEC nəzdində Sosial İqtisadi Kollecin fiziki tərbiyə müəllimi Eldəniz Əbdülovu ll yeri qazanması münasibətilə təbrik edirik.





