Dövlət Proqramının icrası ilə bağlı kollecdə tədbir keçirildi

Prezident İlham Əliyevin 12 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” nın icrası ilə bağlı UNEC nəzdində Sosial-İqtisadi Kollecdə tədbir keçirilmişdir. Tədbirdə kollecin arxiv müdiri Nərmin Haşımzadə 1960-cı ildə yaradılan kollecdə arxivdə sənədlərin mühafizəsinin təmin olunması, uçota alınması,komplektləşdirilməsi, sənədlərin elektron daşıyıcılara köçürülməsi, kollecin məzunu olmuş tələbələrə sənədlərinin, şəxsi işlərinin təhvil verilməsi,saxlanılma vaxtı bitmiş sənədlərin milli arxiv fondunun işçiləri ilə əməkdaşlıq edərək uçota alınması və arxivdən xaric edilməsi haqda məlumat verdi.

Daha sonra N.Haşımzadə Azərbaycan xalqının tarixinin ilk mənbələr əsasında öyrənilməsində arxivlərin rolunu və Milli arxiv fondunun müstəsna əhəmiyyətini nəzərə alan Heydər Əliyev bu sahədə idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə 2002-ci ilin dekabrın 2-də imzaladığı 816 №-li Fərmanla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında mərkəzi icra hakimiyyəti orqanı statusunda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini yaradıldığını bildirərək söylədi ki, Fərman  respublikamızda arxiv işinin təkmilləşdirilməsində yeni perspektivlər açmaqla, həm də dövlət arxivlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni töhfələr verdi. 

Ulu öndərin bilavasitə rəhbərliyi ilə ölkədə arxiv işi sahəsindəki normativ-hüquqi bazanın formalaşdırılması, idarəetmənin təkmilləşdirilməsi, arxiv sənədlərinin etibarlı mühafizəsi, komplektləşdirilməsi, qeydiyyatı işində uğurlu nəticələrin əldə edilməsini təmin etdi. 

Prezident İlham Əliyevin 12 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. Proqram ölkmizdə arxiv işinin inkişafında yeni perspektivlər açdı. İlk növbədə, bu sahədəki qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması tapşırıldı. Həmçinin xarici ölkələrdə saxlanılan Azərbaycanla bağlı sənədlərin ölkəmizə gətirilməsi, arxiv işinin İKT tətbiq etməklə modernləşdirilməsi, Milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsi, informasiya axtarışı imkanlarının genişləndirilməsi və istifadəsi imkanlarının artırılması məqsədilə zəruri addımlar atılması tapşırıldı, bu sahədə konkret icraçılar müəyyən edildi. 

 Bu gün respublikamızın arxiv xidməti təşkilatları Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların icrası üçün səylə çalışırlar. Ölkəmizdə arxiv işinin inkişafına xidmət edən qanunvericilik aktları beynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirilir, yeni normativ-hüquqi sənədlər qəbul edilir. Prezident İlham Əliyevin 18 avqust 2022-ci il tarixli 1812 və 1813 nömrəli Fərmanları ilə təsdiq edilmiş “Milli arxiv fondu haqqında” Qanunda, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Əsasnaməsi”ndə və digər əlaqəli qanunvericilik aktlarında edilmiş dəyişiklilər ölkəmizdə arxiv işinin müasir dövrün tələblərinə uyğun inkişafına normativ-hüquqi əsas yaratdı. Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızda arxiv işi sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də, İKT tətbiq etməklə arxiv işinin avtomatlaşdırılması, arxiv sənədlərinin rəqəmsallaşdırılması və elektron daşıyıcılara köçürülməsidir. Hazırda Milli Arxiv İdarəsində yaradılan Elektron arxiv məlumat sistemi (EAMS) vətəndaşların arxiv materiallarına əlçatranlığına və operativ məlumat əldə olunmasına xidmət edir. EAMS dövlət arxivlərimizdə mühafizə olunan arxiv fondlarının tərkibi və həcmi  barədə onlayn formatda məlumatların əldə edilməsinə imkan verir.

 

6-05-2025, 02:01
up