12 sentyabr 2025-ci il tarixində UNEC nəzdində Sosial-İqtisadi Kollecdə 2025/2026-cı tədris ilində Pedaqoji Şuranın ilk iclası keçirildi. UNEC nəzdində Sosial-İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov çıxış edərək yeni dərs ilinin başlaması münasibəti ilə kollektivi təbrik etdi və Pedaqoji Şuranın gündəliyi ilə iclaş iştirakçılarını tanış etdi. İclasda 2025/2026-cı tədris ili üçün Pedaqoji Şuranın tərkibinin seçilməsi və təsdiqi, müəllimlərin tədris yüklərinin və fənn birləşmə sədrlərinin,Metodiki Şuranın təsdiqi müzakirə olundu. Sonda yeni seçilmiş Pedaqoji Şura üzvlərinin təklifləri və cari məsələlərlə bağlı müzakirələr aparıldı.