Sentyabrın 15-də UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kollecin direktoru, professor Mübariz Hacıbəyov tələbələri və valideynləri yeni tədris ilinin başlaması münasibəti ilə təbrik edərək tələbə adı qazanan gənclərin səylə çalışacaqlarına, vətənpərvər, savadlı və müasir düşüncəyə malik insan kimi formalaşacaqlarına, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında böyük qələbələrə imza atan Vətənimizin daha da inkişaf etməsinə töhfələr verəcəklərinə əminliyini bildirdi.
Ulu Öndər Heydər Əliyevin təhsil siyasətinin uğurla davam etdirildiyini bildirən direktor M.Hacıbəyov kollecdə tələbələrin təhsil alması üçün yaradılan şərait haqqında da geniş məlumat verdi.
Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev də öz növbəsində tələbələri təbrik edərək,gələcək həyatlarında uğurlar arzuladı. Bu il 200 nəfərə yaxın məzunun ali təhsil müəssisələrinə qəbul olduğunu vurğulayan Z.Vəliyev yeni qəbul olan tələbələrimizin də biliyi, bacarığı ilə bu təhsil müəssisəsinə yeni töhfələr verəcəklərinə ümidvar olduğunu qeyd etdi və böyük fəxarət hissi ilə buraxılış imtahanında 250.3 bal topalayaraq ən yüksək balla bu il Kollecin “Maliyyə işi” ixtisasına qəbul olunan Sevinc Rəfiyevanı tədbir iştirakçılarına təqdim etdi.
Tədbirdə kollecin “Vergi işi” ixtisasına qəbul olunmuş Nigar Vəlizadənin valideyni Ramal Vəliyev çıxış edərək bir vaxtlar təhsil aldığı Sosial-İqtisadi Kollecdə övladının təhsil almasından qürur duyduğunu bildirdi.
Kollecin məzun tələbələri Şəbnəm Səlimova və Raya Ədbülova çıxış edərək bu il yüksək ÜOMG ilə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olduqları üçün təhsil aldıqları müddətdə kollecdə onlara yaradılan şəraitə görə təşəkkür etdilər.
Daha bir məzun tələbə Ruslan Bayramov da tədbirdə iştirak edərək Qərbi Kaspi Universitetinin “İqtisadiyyat” ixtisasına qəbul olunduğunu bildirərək yeni tələbə adını qazanmış tələbələrə uğurlar arzuladı.