Bu gün millət vəkili Ceyhun Məmmədov UNEC nəzdində Sosial-İqtisadi Kollecin tələbələri ilə görüşüb. Görüşdə çıxış edən millət vəkili gənclərin qarşılaşa biləcəyi seçimlər, düzgün istiqamətin müəyyənləşdirilməsi, şəxsi inkişaf və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmaq yolları ilə bağlı fikirlərini tələbələrlə bölüşüb.
Tədbirdə “Asiman” psixologiya və reabilitasiya mərkəzinin rəhbəri Asiman Ziyadxanqızı da çıxış edərək bu günkü gəncələrin ilk növbədə fiziki və psixoloji sağlamlıqlarına fikir vermələrinin vacibliyini vurğulayıb.
Kollecin istehsalat təcrübəsi və karyera mərkəzinin rəhbəri Natiq Musayev də öz növbəsində gənclərə özünü inkişaf etdirmək, uğurlu karyera yolunda irəliləmək haqqında tövsiyələrlə çıxış edib.
Görüşün sonunda millət vəkili Ceyhun Məmmədovun müəllifi olduğu "Gənclərə Tövsiyələr" kitabının təqdimatı keçirilib.
Qeyd edək ki, görüş “Ülkər” Psixologiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.