UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Ümumdünya Layiqli Əmək Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib
02 oktyabr 2025-ci il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 7 Oktyabr – “Ümumdünya Layiqli Əmək Günü” münasibətilə dəyirmi masa təşkil olunub.
Tədbirdə Həmkarlar Təşkilatının sədri Şahgül Qardaşəliyev, Əməyin mühafizə və texniki təhlükəsizliyi üzrə bölmə rəhbəri Həqiqət Camalova və İnsan resursları və informasiya şöbəsinin müdiri Fimar Süleymanova çıxış edərək layiqli əmək anlayışının əhəmiyyətindən, əməkdaşların hüquqlarının qorunması və sağlam iş mühitinin təmin olunmasından danışıblar.
Dəyirmi masada həmçinin Keyfiyyətin təminatının bölməsinin müdiri Aytən Piriyeva, tyutorlar Fidan Quliyeva və Nigar Yusifova, kargüzar Tahirə Əhədova, operator-kargüzar Nərmin Səmədova,Kollecin ingilis dili müəllimi Fərəh Kərimova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ümüd Orucov, sədrin baş müavini Könül İsayeva, sədr müavinləri İlkin Aslanzadə və Xədicə Qəhrəmanlı iştirak ediblər.
Müzakirələrdə layiqli əməyin təmin olunması, işçi və tələbələrin hüquqlarının müdafiəsi, həmçinin əmək mədəniyyətinin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.


