UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “Maliyyə” FBK-nın müəllimi Rasim Abasquliyevin 50 yaşı tamam oldu.
Bu münasibətlə ömrünün çox hissəsini təhsilə, gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş əsl pedaqoq, qabaqcıl müəllim Rasim Abasquliyevə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə çıxış edənlər yubilyarın ömür yoluna nəzər salmış, onun haqqında xoş xatirələrini bölüşmüşlər.
Rasim Abasquliyevi kollektiv adından bir daha təbrik edir,ona can sağlığı və uzun ömür arzulayırıq.