14-17 oktyabr 2025-ci il tarixində Bakı Gənclər Mərkəzi, YAP Sabunçu rayon təşkilatı və Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Vətənə Hazıram!” layihəsi həyata keçirilib. UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “Qarabağ” komandası layihənin qalibi olub.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru,professor Mübariz Hacıbəyov “Vətənə Hazıram!” layihəsinin qalibləri ilə görüşüb.Görüşdə gənclərin hərtərəfli inkişafında bu tipli layihələrdə iştirakın vacibliyindən danışan direktor M.Hacıbəyov təlimləri müvəffəqiyyətlə başa vuran tələbələri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.


