Xəyal et, plan qur, həyata keçir!

UNEC nəzdində Sosial-İqtisadi Kollecdə “Yumşaq bacarıqlar” fənnindən  psixoloq Xalidə Kərimova və metodist Vüsalə Zeynalova birgə “Mühasibat uçotu” ixtisası üzrə 3-cü kurs 593 saylı qrupda xəyali düşüncələrin reallığa çevrilməsi strategiyası kimi tanınan “Uolt Disney Strategiyası” mövzusunda  praktik çalışma keçirdilər. “Xəyal et, plan qur, həyata keçir” adlı çalışma tələbələrdə yaradıcı təfəkkür, liderlik və komanda işi bacarığının inkişafına yönəlmişdir. Strategiyaya uyğun olaraq tələbələr 4-5 nəfərdən ibarət qruplra bölünərək qarşıya qoyulan vəzifəni üç nöqteyi-nəzərdən-xəyalpərəst, realist və tənqidçi mövqeyindən çıxış etdilər. Məqsəd tələbələrdə yaradıcı düşünərək, yeni ideyalar təklif etmək, məqsədlərə çatmaq üçün plan qurmaq bacarığı, düşüncəni praktik reallığa çevirmək yollarını öyrənmək, eyni zamanda komanda şəklində əməkdaşlıq və ünsiyyət vərdişlərini inkişaf etdirməyə yönəlməkdir. 

Xəyalpərəst mərhələdəsində tələbələr “heç bir ideya tənqid olunmur və mümkün deyil” ifadəsi işlədilməyərək müxtəlif yaradıcı layihə ideyaları irəli sürdülər. İkinci mərhələdə qruplar seçilmiş ideyanı praktik plana çevirmək üzərində işlədilər. Burada tələbələr layihənin məqsədini və mərhələlərini müəyyən etdilər, lazımlı resursları seçdilər, zamanı, planı və məsul şəxsləri təyin etdilər.   Bu mərhələdə liderlik, təşkilatçılıq və qərarvermə bacarıqları ön plana çıxdı. Növbəti mərhələdə qruplar ideyanı reallaşdırmaq üçün çətinlikləri, eyni zamanda riskləri təhlil etdilər. 

Çalışma nəticəsində tələbələrə müasir cəmiyyətdə uğur qazanmağın əsasının yaradıcı düşünmək, düzgün planlaşdırmaq və qərarları həyata keçirmək bacarığı olduğu aşılanmış oldu.  


24-10-2025, 04:26
up