“Zəfər Günün mübarək, doğma Azərbaycanım!”adlı açıq dərslər keçirildi

2025-ci il 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqər olaraq  ilə bağlı Tədbirlər Planına uyğun olaraq UNEC-in nədində Sosial İqtisadi Kollecin hərbi müəllimi Xəlil Hüseynovun təşkilatçılığı ilə qruplarda açıq dərslər təşkil olunmuşdur. 

Açıq dərslərdə Azərbaycanın Vətən müharibəsində böyük qələbəsi şöhrət tariximizə qızıl hərflərlə yazılıb. Döyüş meydanlarında işğalçı ölkə ordusuna vurulan sarsıdıcı zərbələr, dünya diplomatiya savaşında cənab İlham Əliyevin qazandığı parlaq uğur, nəhayət, alınmaz qala olan Şuşanın geri qaytarılması noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə bəyanat imzalaması ilə nəticələndiyi qeyd olunub. Bütün bunlar 30 illik münaqişə ilə bağlı yeni reallıqlar yaratdı. 

Dərslərdə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsi və Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatı ilə cavab verməsi haqqında tələbələrə ətraflı məlumat verilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qalibiyyətimizin Zəfər tariximizə qızıl hərflərlə yazıldığını bir daha vurğulanıb.

Hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyini qeyd edən X.Hüseynov daha sonra bildirib ki, dövlət başçımızın 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilir.

Zəfər Günün mübarək, doğma Azərbaycanım!

Xüsusi dərslər tələbələr tərəfindən böyük maraqla qarşılanıb.


28-10-2025, 01:50
up