Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə fəaliyyət göstərən Kiber Klubda təlimlərə start verildi.
İlk təlimdə tələbələrə kiber təhlükəsizlik anlayışı, şifrələrin qorunması, eləcə də internetdə məlumat təhlükəsizliyinin əsas prinsipləri barədə ilkin biliklər təqdim olundu. Məşğələlər interaktiv formada keçirildi və tələbələr real nümunələr üzərində şifrələrin necə asanlıqla sındırıla biləcəyini müşahidə etdilər.
Təlimlərin keçirilməsində əsas məqsəd tələbələr arasında rəqəmsal savadlılığı artırmaq, təhlükəsiz internet davranışlarını formalaşdırmaq və gələcəkdə bu sahədə ixtisaslaşmaq istəyən gənclərə praktiki biliklər qazandırmaqdır.


