2025-ci il 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 44 günlük Vətən müharibəsi iştirakçıları Əlizamin Talıbzadə və Fəqan Hüseynovla görüş keçirildi.
Görüşdə Zəfər qəhrəmanlarımız 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsi və Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatı haqqında ətraflı məlumat verdilər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qalibiyyətimizdən danışan qəhrəmanlarımız Zəfərdə imzaları olduqları üçün özlərini xoşbəxt hesab etdiklərini bildirdilər.



