Kollecdə 8 noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş yarışlara yekun vuruldu

2025-ci il 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar olaraq təsdiq olunan Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə idmanın müxtəlif növlərində qruplar arasında yarışlar keçirilib.

Fiziki tərbiyə rəhbəri Eldəniz Əbdülovun təşkilatçılığı ilə baş tutan yarışlarda tələbələr idmanın voleybol,stolüstü tennis və şahmat növündə  güclərini sınayıblar.

Üç gün keçən   yarışlarda oğlanlardan ibarət 673 saylı  qrupun voleybol komandası I yeri, 245 saylı qrupun komandası II yeri, 328 saylı qrupun komandası III yeri qazanmışdır.

Qızlardan ibarət 597 saylı qrupun voleybol komandası I yeri, 129 saylı qrupun komandası II yeri, 671 saylı qrupun komandası III yeri tutmuşdur.

Oğlanlardan arasında stolüstü tennis yarışında I yerin sahibi 673 saylı qrup tələbəsi Nicat Hüseynov, II yerin sahibi isə  598 saylı qrupun tələbəsi Rəşad Əliyev isə olmuşdur.Qızlar arasında mübarizədə isə 671 saylı qrupun tələbəsi Aysu Hacıyeva I yeri, 467 saylı qrupun tələbələri Aynur Aslanova və Səidə Qardaşova isə II və III yeri bölüşdürmüşdülər.

Oğlanlar arasında şahmat üzrə keçirilən yarışlarda 467 saylı qrupun tələbəsi Ayxan Allahverdiyev I yeri, 249 saylı qrupun tələbələri Yusif Qarazadə və Asiman Eminli II və III yeri qazanmışdırlar.

Qızlar arasında keçirilən yarışlarda isə 466 saylı qrupun tələbəsi Aysel Məhərrəmova I yeri, Nur Fərzəliyeva II yeri, Ləman Əlizadə isə III yeri tutmuşdurlar.


 

4-11-2025, 23:07
up