Noyabrın 12-si Azərbaycan Respublikasının Ali Qanununun-Konstitusiyanın qəbul edildiyi gündür.
Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra ilk Konstitusiyanın qəbul edilməsinin 30
illiyi ilə əlaqədar UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə xüsusi dərslər təşkil olunub.
Dərslərdə müəllimlər tələbələrə ölkə Konstitusiyasının 30 il əvvəl - 12 noyabr 1995-ci ildə
ümumxalq referendumu vasitəsilə qəbul edildiyini bildirərək qeyd etmişdirlər ki, Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş
başlandı.1994cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı
və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası
qəbul olundu.












