Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planına əsasən “Bank işi” ixtisasının 667 qrup və “Maliyyə işi” ixtisasının 121 qrup tələbələri Xətai rayonundakı “Ana harayı” abidəsini ziyarət ediblər. Qrup rəhbəri Fərəh Kərimova Xocalı soyqırımı haqda tələbələrə ətraflı məlumat verib.
Qeyd edək ki, Erməni təcavüzkarlarının Xocalıda Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.