“Maliyyə işi” ixtisası üzrə 130 saylı qrupda Heydər Əliyevin anım gününə həsr olunmuş dərs keçirilib

“Maliyyə işi” ixtisası üzrə 130 saylı qrupda tarix müəllimi Məhsəti Səfiyarlının Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş dərsi keçirilib. Dərs zamanı tələbələrə Heydər Əliyevin həyat və fəaliyyət yolu, dövlətçilik tarixində oynadığı mühüm rol və Azərbaycanın inkişafına verdiyi əvəzsiz töhfələr barədə ətraflı məlumat verilib.
Tədbirdə “Mühasibat uçotu” şöbəsinin müdiri Cahid Gülalıyev və “İstehsalat təcrübəsi və karyera mərkəzi”nin rəhbəri Natiq Musayev də iştirak ediblər. Onlar Ulu Öndərin dövlətçilik irsinin bu gün də ölkənin inkişafında istiqamətverici rol oynadığını qeyd ediblər.
Dərs sonda tələbələrlə müzakirə aparılıb və Heydər Əliyev irsinin gənc nəslin formalaşmasındakı əhəmiyyəti vurğulanıb.  
12-12-2025, 09:00
up