Heydər Əliyevin anım gününə həsr olunmuş dərs keçirilib.

“Mühasibat uçotu” ixtisası üzrə 598 saylı qrupda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş xüsusi tarix dərsi təşkil olunub. Dərs zamanı tələbələrə Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti və Azərbaycanın inkişafına verdiyi mühüm töhfələr haqqında geniş məlumat verilib.
Dərs zamanı tarix müəllimi Səadət Mərdanova və “İstehsalat təcrübəsi və karyera mərkəzi”nin rəhbəri Natiq Musayev mövzu ilə bağlı çıxış ediblər.
Sonda videoçarx nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb.

12-12-2025, 11:00
up