Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planına əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin müəllimi, faciənin canlı şahidi,Xocalı rayon sakini Eldəniz Əbdülov “Bank işi” ixtisasının 454-cü qrupunun tələbələri ilə görüşdü.
Görüşdə Eldəniz Əbdülov Xocalıda törədilən erməni vəhşiliyi və bunun dəhşətləri barədə şagirdlərə faktlarla geniş məlumat verdi. Bundan əlavə, Xocalı soyqırımına həsr olunmuş “Ümüd işığı” sənədli filmi nümayiş olundu.