ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecdə kibertəhlükəsizlik seminarı keçirilib

ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecdə kibertəhlükəsizlik seminarı keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində Sosial-İqtisadi Kollecdə 17 dekabr tarixində Kollecin Kiber Klubu tərəfindən kibertəhlükəsizlik mövzusunda seminar təşkil olunub.

Seminarın yekun nəticələrinə əsasən, Bakı Texnologiya Mərkəzi tərəfindən aparılan seçim prosesi çərçivəsində bir qrup tələbə təcrübə proqramına qəbul edilib. Seçim nəticəsində kollecin 10 nəfər tələbəsi bu təcrübə proqramında iştirak hüququ qazanıb.

Seminarın əsas məqsədi tələbələrin kibertəhlükəsizlik və rəqəmsal bacarıqlarının artırılması, eyni zamanda onların real sənaye mühitinə hazırlanması olub. Təcrübə proqramı tələbələrə sənaye mühitində praktiki bilik və bacarıqlara yiyələnmək imkanı yaradacaq və bu əməkdaşlıq kollecin sənaye müəssisələri ilə inteqrasiyasını daha da gücləndirəcək.

Seminarda Bakı Texnologiya Mərkəzinin baş icraçı direktoru Şahin Əliyev və Bakı Texnologiya Mərkəzinin kibertəhlükəsizlik üzrə təlimçisi İsmayıl Əsədov dəvət olunmuş mütəxəssislər qismində iştirak ediblər.

Qeyd edək ki, ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecdə keçirilən bu cür tədbirlər tələbələrin əmək bazarına hazırlıq səviyyəsinin artırılmasına xidmət edir.


23-12-2025, 14:40
up