“Xocalı soyqırımı XX əsrin faciəsidir”adlı xüsusi dərs

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir. Soyqırım bütövlükdə Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur.

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planına əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin müəllimi İradə Qasımova  “Bank işi” ixtisası 454 qrupda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş xüsusi dərs təşkil etmişdir. Dərs zamanı tələbələrə Xocalı soyqırımı haqqında məlumat verilmiş, video süjetlər nümaiş olunmuşdur.

24-02-2022, 09:25
up