


Bəşər tarixində elə ağır faciələr baş vermişdir ki, onlar insanların qan yaddaşında əbədi həkk olunmuşdur. XX əsrin ən böyük və təsvir edilməsi mümkün olmayan faciəsi məhz Xocalı faciəsidir.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecində “26 Fevral – Xocalı soyqırımı” ilə əlaqədar 120 saylı qrupda xüsusi dərs təşkil edilib. “Keyfiyyətin təminatı” bölməsinin müdiri Xanım Məmmədova dərs zamanı Xocalıda törədilən erməni vəhşiliyi və bunun dəhşətləri barədə şagirdlərə tarixi faktlarla geniş məlumat verib. O qeyd edib ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət aktıdır. Həm də faciənin qurbanları ilə bağlı bir sıra statistik məlumatları tələbələrin diqqətinə çatdırdı.
Bundan başqa, dərs zamanı monitor vasitəsilə Xocalı soyqırımına həsr olunmuş ““Ümid işığı” adlı bədii-sənədli film təqdim olunub. Şagirdlər 1992-ci ilin 26 fevralında Xocalıda baş verənlər haqda bir daha məlumatlandılar.