
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planına əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “İctimai elmlər” FBK-nın tarix müəllimi Səidə Məmmədova “İdarəetmə” ixtisasının 240 qrupunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş xüsusi dərs kecmişdir.
Dərs vaxtı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı haqqında tələbələrə ətraflı məlumat verilmiş, video süjetlər,şəkillər nümaiş etdirilmişdir.