Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman günü kimi qeyd olunur. UNEC-in nəzdində Sosial-İqtisad Kollecinin tələbələri arasında bu günün qeyd olunması ilə əlaqədar olaraq voleybol yarışı keçirildi. Tələbələrimiz hər zamankı kimi həvəsli şəkildə öz bacarıqlarını yüksək səviyyədə göstərdilər.
Sonra kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov respublikamızda müxtəlif idman növündə mükafatlar qazanmış idmancı tələbələrlə görüş kecirdi.
Görüş zamanı direktor Vidadi Orucov “Mühasibat Ucotu” ixtisası 583 qrupunun tələbələri İsmayıl Vəlizadəyə və Fatimə Qəhrəmanzadəyə gələcək yarışlarda uğurlar arzuladı.




