Kollecdə "8 Mart - Beynəlxalq Qadınlar Günü" qeyd edildi.

Kollecdə “8 Mart-Beynəlxalq Qadınlar Günü” qeyd edildi   UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kollecin direktoru, pedoqoji elmlər doktoru Vidadi Orucov cıxış edərək bayram münasibətiilə qadınlara təbriklərini catdırdı;   - Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını tarixə həkk etdirmişdir. Və mən bildirmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində qadınların bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün həmin siyasəti Prezident İlham Əliyev daha əzmlə gücləndirir. Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsində  töhfələrini əsirgəmirlər”. 
Sonra tədbir kollecin tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib. Tələbələr müəllimlərini şeir, musiqi, rəqslərlə təbrik etdilər. Müəllimlər üçün hazırlanan videoçarx onlara əsl sürpriz oldu. Tədbirin sonunda  “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə kollecin qadın kollektivinə hədiyyələr təqdim olundu.


5-03-2022, 17:50
up