Novruzda təbiət





İlin dörd fəsli içərisində bahar özünəməxsus rəngarəngliyi ilə seçilir.Təbiətin,həyatın oyanması Novruzdan başlayır.Baharın gəlişini insanlar «Novruz bayramı"kimi qeyd dedirlər.Bu bayram türk və fars mənşəli xalqlara məxsusdur.Novruz bayramı Şimal yarımkürəsində astronmik yazın başlanması, gecə-gündüzün bərabərləşdiyi gündə keçirilir. Azərbaycan xalqı bu bayramı yeni ilin-Novruzun gəlişini dörd həftə əvvəldən qeyd etməyə başlayırlar. Hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi,Torpaq çərşənbəsi kimi qeyd olunur. İlaxır çərşənbəyə kimi hər kəs evində, həyətində təmizlik işləri görür.

Bir çox xalqlar yazın gəlişini təbiətin canlanması ilə əlaqələndirmiş  və bu münasibətlə də şənliklər keçirmişlər. Ənənəyə görə Novruzun birinci günü–yaz, ikinci-yay, üçüncü –payız, dördüncü- qış sayılır.

Martayının 21-i Əfqanıstanda, İranda təqvimin ilk günü sayılır.

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni təbiətin canlanmasının  və yazın gəlməsinin, əkinçiliyin rəmzidir.Yumurtaların müxtəlif   rənglərdə boyadılması baharda təbiətin rəngarəngliyindən xəbər verir.

2009 cu il sentybrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Səməni Novruz bayramının simvollarından  biridir. Səməninin cücərdilməsi toxumların cücərməsi üçün optimal mühitin olmasından xəbər verir.

Təbiət qışı sükunət halında keçirir.Bikilərdə suyun miqdarı azalır, şəkərin qatılığı çoxalır ki, bitkilər şaxtalı havada donmasın.Həşəratlarda da qlikogenin miqdarı artır.Bu uyğunlaşa həşəratları qışda  donmaqdan qoruyur.Payızın  sonunda təbiətdə həşəratlara az rast gəlinir. Yazın əvvəlində isə görünməyə başlayırlar. Məməli heyvanlardan ayılar, porsuqlar, yarasalar və.s qış yuxusuna gedir. Yazda onlarda da bir canlanma başlayır, qış yuxusundan oyanırlar. Yazda sanki təbiət dərin bir yuxudan oyanır.

Yazın gəlməsinin birinci əlaməti bitkilərdə şirə axının başlamasıdır.Yazda və yayda ağacları şirə axınından qorumaq lazımdır. Şirənin axması bitkinin zəifləyərək məhv olmasına səbəb olur. Bitkilərin kök təzyiqi artır. Üzüm tənəkləri və meyvə ağaclarının budanma vaxtını gecikdirmək olmaz. Fevral ayının sonundan başlayaraq, martın əvvəlinə kimi üzüm tənəkləri budanmalıdır. Biz bilirik ki, yayda bitkilərin yerini dəyişmək olmaz, onların yerini də bu dövrdə dəyişmək lazımdır. Ağacların əkilməsinə başlanılır. Budanma gecikdikcə budaqlardan şirə axmağa başlayır. Damcıların intensiv düşməsi bitkinin oyanmasından, kök təzyiqinin artmasından xəbər verir. Üzümün kəsilən budaqları 25-30 sm uzunluğunda üfüqi vəziyyətdə torpağa basqırılır. Əlavə köklər əmələ gəldikdən sonra sahələrə köçürülür. Qızılgülü də bu üsulla artırmaq mümkündür.Bu firqəndə üsuludur.

Bitkilərin üzərində yarpaq çox olduqda onların soruculuq qüvvəsi artır. Kök təzyiqi və yarpaqların soruculuq qüvvəsi yüksək olduqda bitkilərin böyümə və inkişafı da sürətlənir. Yazın əvvəlində torpaqda olan rütubətdən cücərtilər yaxşı istifadə edir, quru hava başlayana kimi özlərini möhkəmləndirir.

Buğda, arpa, noxudu erkən yazda tarlalara səpirlər. Bu bitkilər soyuğadavamlı bitkilərdir. Onların körpə cücərtiləri yazın əvvəlində səhər şaxtalarından zərər çəkmir. Bu üzdən də səməni buğdadan –dənli bitkilərdən göyərdilir. Səməninin cücərdilməsi həm də çörəyin bolluğundan xəbər verir. Buğda, arpa, çəltik, qarğıdalı dənlərindən insanın həyatı üçün ən vacib olan çörək hazırlanır.

Çörək bolluq, bərəkət rəmzidir. Çörək xalqın sərvətidir!

Baharın gəlişini simvolizə edən bitkilərdən bənövşə, nərgizgülünü göstərmək olar. Nərgizgülü baharın gəlişinin müjdəçisidir. Nərgizgülü, bənövşə qar əriməmiş, qarın altından baş qaldırır, görünməyə başlayır.

Çiçəklənmə bitkinin həyatında ən mühüm inkişaf dövrlərindən biridir. Bitkilərin çiçəklənməsi   onun növündən, mühit amillərindən (abiotik amillərdən)asılıdır. Abiotik amillərdən temperatur, işıq, rütubət və.s bitkilərin çiçəklənməsi üçün əsas amillərdəndir. Yazın əvvəlində ərik, alça, gilas və. s  ağaclar yarpaqlamamış çiçək açır.

Fındıq kolu küləklə tozlandığı üçün qar əriyən kimi, erkən yazda, yarpaqlamamış çiçəkləyir. Qızılağac da erkən yazda çiçəkləyir.

Payızın sonunda soyuqların düşməsi və qida çatışmamazlığı ilə əlaqədqr olaraq bəzi köçəri quşlar isti ölkələrə köç edir. Bu cür uyğunlaşma həm də qida qıtlığını aradan qaldırır. Köçəri quşlardan olan qaranquşlar  yazın gəlişinin müdəçisidir. Quşlardan ən sağlamı, ən güclüsu dəstənin önündə gedir. Yaz gələndə isə eyni istiqamətdə öz ölkələrinə geri dönür. Quşların əksəriyyəti öz yuvalarını həmişəki yerdə qurur və bu yuvalara öz yumurtalarını qoyur. Quşlarda balaçıxarma mərhələsi yazda başlayır, yayın ikinci yarısında başa çatır. Quşların əksəriyyətində dimorfizm mövcuddur. Quşlarda erkəklərin lələkləri daha rəngarəngdir, bu dişiləri cəlb etmək üçün bir uyğunlaşmadır. Bağçalarda,bağlarda bulbullərin oxuması insanı valeh edir. Al-əlvan iri çiçəklər həşəratları özlərinə cəlb edir.Bu həşəratlara bal arısı, kəpənəklər və.s aiddir. Həşəratların   bitkilərin tozlanmasında rolu böyükdür. Həşəratlar qidalmaq üçün çiçəyə qonur, çiçəkdəki nektar və tozcuqla qidalanır. Həşəratla tozlanan bitkilərin çiçəkləri iri və cəlbedici olur. Arılar sutka ərzində minlərlə çiçəyə qonur. Xortumunu çiçəyin içərisinə salıb,nektarı çıxarır,ondan öz sürfələrini qidalandırmaq üçün bal hazırlayır. Bu zaman yetişmiş tozcuq kisələri cırılır, tozluqlar arıların bədəninə yapışır. Arı başqa çiçəyə qonduqda bədəninə yapışmış tozcuqlar dişiciyin ağızcığına düşür. Çiçəklərdə tozlanma prosesi gedir.    

Zərqanadlılardan olan kəpənəklərin də tozlanmada rolu böyukdür. K.Linney kəpənəkləri təbiətin möcüzəsi adlandırmışdı, onlara valeh olduğunu söyləmişdir. Baharda rəngarəng çiçəklərdən seçilməyən kəpənəklər insanların da ruhunu oxsayır. Kəpənəklər dogrudan da təbiətin bəzəyidir.

Azərbaycanın dağlıq rayonları arıçılıq üçün əlverişlidir. İşğaldan azad edilmiş  Şuşa, Kəlbəcər, Laçın rayonunun ekologiyası da bu cəhətdən əlverişlidir. Bu rayonlardan əldə olunan bal, öz keyfiyyəti ilə seçilir. Balın keyfiyyəti bitkilərin biomüxtəlifliyi ilə əlaqədardır. Azərbaycan tərəfindən   ermənilərə Kəlbəcəri boşaltmaq üçün verilən əlavə 15 gün ərzində, ermənilər apara bilmədiyi küllü miqdarda arı ailələrini vəhşicəsinə yandırdılar. Arılar məhv olarsa, tozlanma getməz, bitkilər azalar, bu öz növbəsində fotosintezə birbaşa mənfi təsirini göstərir.

Heç bir canlı bu təbiətdə artıq deyil, hər bir canlının yaşamaq haqqı var.

Təbiəti sevməliyik və gələcək nəsillər üçün qorumalıyıq. Təbiət hər birimizin evidir!

Qələbədən sonra Ali Baş Komandan İlham Əliyev cənablarının, şəhid qoxulu  Xarıbülbülün məkanı Şuşa şəhərində  yandırdığı tonqal, xalqımızı bir daha qürurlandırdı. Şuşa şəhərinin endomik bitkisi- Səhləbkimilər fəsiləsindən olan Xarıbulbul şəhidlərimizin simvolu olduğundan bizim üçün ikiqat qiymətli bitlidir. Bu onu göstərirdi ki, bu bahar başqa bir bahardır. Bu adi bayram  tonqalı deyildi, bir sərkərdənin qalibiyyət, zəfər rəmzi idi. Həmin ildən «Novruz bayramı"-nın Qarabağ torpaqlarında daimi olaraq möhtəşəm keçiriləcəyinə bir işarə idi. Tonqallarımız butun Qarabağ torpaqlarında qalansın. Prezidentimizin Qarabağa göstərdiyi, diqqət, qayğı bizləri ruhlandırır.

«Dədə-Qorqud"-da söyləndiyi kimi üç tonal qələbə rəmzidir. Bu tonqal xalqı birliyə bu torpaqları əkib-becərməyə, qorumağa səsləyirdi. Dədə Qorqudun söylədiyi kimi «Torpağın yurd, vətən olması üçün iki şərt lazımdır; biri odur ki, bu torpağı gərək əkib-becərəsən, o birisi odur ki, torpağı yağılardan qoruyasan. Əgər torpağı əkib-becərmədin qorumağa dəyməz, torpağı qoruya bilmədin əkib-becərməyə dəyməz.»

Novruz bayramında yaxınlarını itirən hər kəs,onlari  yad edir   «Qara bayramlar» keçirir. 

Torpaq uğrunda öz canlarını qurban verən — öz körpə uşaqlarını yetim, gənc qadınlarını dul,anaları ağlar qoyan şəhidlərimizə Allahdan rəhmət  diləyirəm. Qazilərimizə can sağlığı, şəfa diləyirəm.

Azərbaycanlılar həmişə sülh tərəfdarıdır. Heç bir körpə müharibə görməsin, müharibədin törətdiyi aciları yaşamasın.                              

Dünyaya sülh arzulayıram. Xalqımızın «Novruz bayramı"mübarək olsun!

 

 Ülviyyə Behbudova,

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin biologiya müəllimi



14-03-2022, 16:02
up