Novruz və Fizika

Təbiətin oyanması Novruzdan başlayır. Xalqımızın ictimai-mədəni həyatında Novruz bayramı və onun adət-ənələrinin xüsusi yeri vardır.Bu bayramın 2009-cu ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Xalqımızın əziz bayramında fizikanın yeri və elmi paralellərinə, Novruzla səsləşən bəzi fizika qanunlarına və hadisələrin izahına nəzər yetirək.

Kökləri qədim dövrlərə gedən bu bayramın hazırlığına bir ay öncədən başlanılır və bayrama qədər 4 həftə hər həftənin çərşənbə axşamı xüsusilə qeyd edilir. Bu çərşənbələrin hər birinin adı bir təbiət ünsürü ilə bağlıdır: su , od, yel, torpaq.

İlk çərşənbə su çərşənbəsidir və təbiətdə suların donunun açılmasını simvolizə edir. Suyun donması öz-özlüyündə bütün digər mayelərdən fərqlənir. Bildiyimiz kimi maddənin üç aqreqat halı var. Su təbiətdə hər üç fiziki halda mövcud olan yeganə elementdir. Bərk halda buz , maye halda su, qaz halında su buxarı havanın tərkibində mövcuddur. Temperatur azaldıqca bütün mayelərdə molekulların hərəkətliliyi azalır,aralarındakı qarşılıqlı təsirin nəticəsində bir-birilə sıxlaşır və nəticədə maye donduqda sıxlığı artır. Mayenin donmuş hissəsi daha ağır olduğu üçün öz mayesində batır. Lakin suda hər şey fərqli baş verir; kristallaşdıqca suyun sıxlığı azalır və buz parçaları suyun səthində üzür, batmır. Digər mayelər donduqda “büzüşür”, su isə genişlənir. Bunun səbəbi molekullar arasınakı  hidrogen rabitəsi və əmələ gətirdikləri kristal qəfəsin quruluşudur.  +4ͦC-də suyun sıxlığı maksimuma çatır (1 qr/sm3). Bu temperaturdan aşağı temperaturda hidrogen və oksigen atomları kristal qəfəs əmələ gətirir. Bu kristal qəfəsin ortasında isə böyük boşluqlar yaranır. Nəticədə suy kristallaşdıqca sıxlığı azalır. Buz sıxlığının sudan daha az olması səbəbilə suyun səthində qalır. Məhz suyun bu “fərqli” xüsusiyyətinə görə canlı təbiət hər il qışda suda,buzun altında rahat yaşamına davam edir. Əgər su da digər maddələr kimi donsaydı, hər il bütün suda yaşayan canlı sistem məhv olardı.

İkinci çərşənbə od çərşənbəsidir. Odun Novruzda xüsusi rolu vardır. Qədim dövrlərdən zərdüştlük adət-ənələrinin nişanəsi olan od Günəşin rəmzidir. Hər çərşənbədə tonqal qalanır, üzərindən atlanılır. Bəs tonqaldan atlarkən niyə əvvəlcə müəyyən məsafədən qaçıb sonra tullanırlar? Hərəkət edib öz dartı qüvvəmizin hesabına iş görürük və kinetik enerjimiz dəyişir. Tullanan anda kinetik enerjimiz potensial enerjiyə çevrilir. Nə qədər hündürə tullanmaq istəyiriksə bir o qədər çox potensial enerjimiz olmalıdır. Ona görə də daha yüksəyə tullana bilmək üçün daha çox kinetik enerjiyə sahib olmalıyıq ki, daha çox potensial enerjimiz olsun. Maksimum hündürlüyə tullanan zaman yalnız potensial enerjiyə sahib oluruq. Yerə düşərkən isə potensial enerji yenidən kinetik enerjiyə, mexaniki enerji isə daxili enerjiyə çevrilir. 

Od həm də istilik mənbəyidir. Alışma temperaturuna çatan cisimlər ətrafa şüalanma vasitəsilə istilik ötürükləri üçün tonqalın ətrafı həm işıqlı həm də isti olur. Həmçinin ətrafında yaranan konveksiya axınına görə isti hava kütləsi yuxarı qalxır, soyuq hava kütləsi aşağı enir. Buna görə də əllərimizi tonqalın üstünə tutduqda orda daha çox istilik hiss edirik.

Novruz bayramında olan digər maraqlı adət də yumurta toqquşdurmaqdır. Bu zaman bir iştirakçı yumurtanı əlində saxlayır digər iştirakçı isə yumurtanı zərblə birinciyə çırpır. Bəzən yumurtalardan biri , bəzən isə hər ikisi sınır. Bəs buna səbəb nədir? Yəqin ki, Nyutonun üç qanunu haqqında eşimisiz. Üçüncü qanun məhz təsir və əks təsir qüvvələrinə aiddir. Yəni birinci cisim ikinciyə hansı qüvvə ilə təsir edirsə, ikinci cisim də birinciyə həmin qüvvəyə bərabər lakin əks yönəlmiş qüvvə ilə təsir edir. Ona görə də hansı yumurtanın vurmasından asılı olmayaraq zərbə hər iki yunurta üçün eyni hiss olunur və nəticədə qabığının qalınlığdan asılı olaraq ya hər ikisi ya da biri sınır.

Novruzun maraqlı adətlərindən digəri də “qulaq falı”dır. Axır çərşənbədə niyyət tutulur və kiminsə qapısının kandarından danışıqlara qulaq asılır. Eşidilən sözə uyğun fal yozulur. Bəz eşitmə prosesi nədir? Bildiyim kimi səs dalğadır . insan qulağı tezliyi 16 Hs – 20000 Hs aralığındakı səs dalğalarını eşidə bilir. 16 Hs-dən aşağı infrasəs, 20000 Hs – dən yuxarı isə infrasəslərdir və insan qulağı bu dalğaları qəbul edə bilmir. Yaş artdıqca qulaq pərdəsinin elastikliyi azalır, eşitmə qabiliyyəti zəifləyir və  12000-14000 Hs-ə qədər düşür. Səsin yayılmasında səs qaynağına qədər olan məsafə də önəmlidir, çünki səs dalğaları müəyyən uzunluğa malik olduqları üçün bəlli bir məsafəyə qədər yayıla bilirlər.

Beləliklə həyatda baş verən bütün hadisələr kimi Novruz bayramının da bütün adət-ənənələrinin öz fiziki izahı mövcuddur.


18-03-2022, 11:34
up