Məişət zorakılığı

22.04.2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə psixoloq Xalidə Kərimova Bank işi şöbəsində “Vergi və vergitutma” ixtisası üzrə 665 saylı qrupda “Məişət zorakılığı” mövzusunda seminar keçirmişdir. Qrup üzrə keçirilmiş seminarda mövzu haqqında məlumat verilmiş, məişət zorakılığının sosial və psixoloji tərifləri, zorakılıq mühitində yaşayan və zorakılıqdan zərər çəkmiş şəxslərdə baş verən psixoloji və sosial dəyişikliklər, bundan başqa ailədaxili zorakılığın uşaqlara vurduğu psixoloji travmalar haqqında tələbələrə məlumat verilmişdir.






22-04-2022, 16:30
up