Şəhidlər ölməz, Vətən bölünməz!

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial - İqtisadi Kollecdə 582 saylı qrup tələbələrinin və kollecin Tələbə Gənclər Təşkilatının üzvlərinin iştirakı ilə “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirilmişdir. Tədbirdə 44 günlük Vətən müharibəsində şəhid olmuş kollecinin tələbəsi Şaiq Kəlbiyevin valideynləri, müəllim və tələbələr iştirak etmişlər.
Tədbirdə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş igidlərimizin əziz xatirəsi yad edilmiş,onlara həsr olunmuş şeirlər səslənmiş, videoçarxlar nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları çıxışlarında  müharibənin və onun insanlara vurduğu zərbələrdən, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söhbət açmış, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu qeyd etmişlər.
Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha şəhid-tələbəmiz Şaiq Kəlbiyevin valideynlərinə və digər qonaqlara təşəkkür etmiş, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinə  də hər zaman qayğı göstərməyin vacibliyini vurğulamışdır. 
Hər biri bir qəhrəmanlıq dastanı olan 
Şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik!

















29-04-2022, 12:19
up